41 yaşlı aktrisa ilk dəfə ana olacaq
30 May 2018 17:48 Dünya41 yaşlı aktrisa Diana Kryuqer ana olmağa hazırlaşır.
Aktrisa 49 yaşlı sevgilisi Norman Ridusdan hamilə qalıb. "The Walking Dead" serialının qəhrəmanları hazırda sevincli günlərini yaşayırlar.
Bu, Diananın ilk hamiləliyi olsa da, Normanın 18 yaşında oğlu var.
Qeyd edək ki, Diana və Norman 2015-ci ildə "Sky" filminin çəkiliş meydançasında tanış olublar. Aktrisanın mayın əvvəlində də hamiləlik xəbəri yayılmışdı. Amma cütlük bunu yalanlamışdı. Amma cütlüyün yaxın dostları mediaya açıqlama verərək, onların sirrini ortaya çıxarıb.
Axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31