Həyat yoldaşı doğum günündə Acunu belə təəccübləndirdi
Şeyma Subaşı həyat yoldaşı Acun Ilıcalı üçün sürpriz doğum günü şənliyi təşkil edib.
29 May 2018 13:18 DünyaŞeyma Subaşı həyat yoldaşı Acun Ilıcalı üçün sürpriz doğum günü şənliyi təşkil edib.
Dünən TV8 kanalının direktoru Acun Ilıcalının 49-ci yaşı tamam olub. Həyat yoldaşı məşhur aparıcını İnstaqramdan təbrik edib.
Ş.Subaşı ailə fotosunu sosial şəbəkədə paylaşaraq "Yaxşı ki, dünyaya gəlmisən, digər yarım" sözlərini qeyd edib.
Şeymanın sifariş verdiyi doğum günü tortundakı kiçik sürprizlər diqqətlərdən qaçmayıb. Belə ki, məşhur aparıcının torta qoyulan fiqurunda belə ayağında vetnamka olub.
Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31