İrəvanda nümayişçilər şəhər administrasiyasının binasına zorla girdilər
İrəvan meri Taron Marqaryanın istefasını tələb edən nümayişçilər şəhər administrasiyasının binasına zorla giriblər.
16 May 2018 14:30 Dünyaİrəvan meri Taron Marqaryanın istefasını tələb edən nümayişçilər şəhər administrasiyasının binasına zorla giriblər.
Bu haqda "RİA-Novosti" agentliyinin hadisə yerində olan müxbiri bildirib.
Aksiya iştirakçıları merin kabinetinə keçməyə çalışırlar. Polislər və meriyanın əməkdaşları onların qarşısını kəsiblər.
Qeyd edək ki, mer sabiq baş nazir Andranik Marqaryanın oğlu və Nikol Paşinyanın baş nazir seçilməsindən sonra müxalifətə keçən Respublika Partiyasının üzvüdür. Marqaryan 2011-ci ildən bu postu tutur.
İrəvan merinin istefası tələbi ilə etiraz aksiyası ötən həftə başlayıb.
Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31