Yerevanda etiraz aksiyası keçirilir, merin istefası tələb olunur
Yerevan merinin istefası tələbi ilə etiraz aksiyası keçirilir. Aksiya iştirakçıları şəhər merliyi binasına soxulub, onun kabinetinə girməyə cəhd göstərirlər.
16 May 2018 14:19 DünyaYerevan merinin istefası tələbi ilə etiraz aksiyası keçirilir.
Aksiya iştirakçıları şəhər merliyi binasına soxulub, onun kabinetinə girməyə cəhd göstərirlər.
Bildirilib ki, onlar Yerevanın mərkəzində yenidən qurulan parkın ətrafında çəkilən çəpəri dağıdıblar.
Etirazçılar meri səmərəsiz fəaliyyət göstərməkdə və vətəndaşlar qarşısında hesabat verməməkdə ittiham edirlər.
Yerevan merinin müavini David Ohanyan mayın 16-da jurnalistlərə açıqlamasında bildirib ki, şəhər meri Taron Markaryanın istefası gündəlikdə yoxdur.

Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31