Prezident ərəblərə çağırış etdi: “Türkiyədən örnək alın”
16 May 2018 14:09 Dünya"Ərəb hökumətlərinə bu məsələdə ən azından mövqe nümayiş etdirmələrini tövsiyə edirəm. Türkiyədən örnək götürün".
Bu sözləri Tunisin keçmiş prezidenti Monsef Marzuki deyib.
"Bunu Türkiyədən gözləyirdik. Ərəb hökumətləri isə onlarla əməkdaşlıq etdiyi üçün susurlar", - keçmiş dövlət başçısı bildirib.
Xatırladaq ki, Qəzza zolağında baş verən qanlı hadisələrdən sonra Türkiyə kəskin mövqe tutub və İsrail səfirini ölkədən qovub.
Axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31