“NATO-ya tamhüquqlu üzvlük Gürcüstanın əsas məqsədidir”
“NATO-nun tamhüquqlu üzvü olmaq Gürcüstanın əsas məqsədidir”. Bunu Gürcüstanın müdafiə naziri Levan İzoriya Tbilisidə keçirilən V Cənubi Qafqaz Təhlükəsizlik Forumunda çıxışında deyib.
16 May 2018 14:02 Dünya"NATO-nun tamhüquqlu üzvü olmaq Gürcüstanın əsas məqsədidir".
Bunu Gürcüstanın müdafiə naziri Levan İzoriya Tbilisidə keçirilən V Cənubi Qafqaz Təhlükəsizlik Forumunda çıxışında deyib.
Nazir bildirib ki, Gürcüstan NATO-ya inteqrasiya istiqamətində əhəmiyyətli irəliləyişə nail olub: "Gürcüstan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübut edib. Biz Türkiyənin Gürcüstanın NATO-ya üzvlüyü ilə bağlı böyük dəstəyini görürük. Buna görə Türkiyəyə təşəkkür edirik".
L. İzoriya qeyd edib ki, Gürcüstan əhalisinin böyük əksəriyyəti ölkəninNATO-ya üzvlüyünün tərəfdarıdır: "Gürcüstanda bunun əleyhinə olan və Rusiya meylli toplum da var, lakin onların sayı azdır".
Apa.az