Ermənistan hakimiyyəti danışıqları pozmağa çalışır
16 May 2018 13:02 Dünyaİrəvanın aqressiv siyasəti davam edir
Dağlıq Qarabağ probleminin həlli istiqamətində qeyri-müəyyənlik qalmaqdadır. İşğalçı ölkədə formalaşan yeni hökumətin və onun rəhərliyinin səsləndirdiyi səsrsəm bəyanatlar və gedişlərindən aydın görünür ki, İrəvan hər zaman olduğu kimi, yenə də öz aqressiv mövqeyində qalmqdadır. Ermənistanın yeni baş naziri Nikol Paşinyanın hökumət rəhbəri kimi ilk olaraq işğal altında olan Dağlıq Qarabağa səfər etməsi, oradan Azərbaycan ünvanına təhdidlər səsləndirməsi, İrəvanın Qarabağda hərbi təlimlər keçirmək qərarı problemin həlli istiqamətində danışıqlar limitinin artıq tükəndiyini, cəbhədə hərbi əməliyyatlar riskinin artdığını söyləməyə əsas verir. Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir. O, bildirib ki, Ermənistanda siyasi vəziyyətin stabil olmaması, Qarabağ konfliktinin həlli ilə bağlı aparılacaq danışıqlar barədə rəsmi Yerevanda yetkin qəraraın verilməməsi, münaqişə ətrafında vəziyyəti gərginləşdirir: "Qeyd edim ki, baş nazir Nikol Paşinyanın münaqişənin həlli ilə bağlı yeni şərtlərin irəli sürməsi, həmçinin erməni siyasi dairələrində "yenilənmiş Madrid prinsiplərinə " yenidən qayıtmaq, yeni şərtlərin sənədə əlavə edilməsi barədə açıqlamaları göstərir ki, yeni erməni hakimiyyəti öz "demokratik" imicindən istifadə edib, danışıqları öz şərtlərinə uyğun aparmaq istəyir. Hesab edirlər ki, dünayada bunların bu kimi təkliflərini dəstəkləyəcək. Ermənistan xarici işlər naziri Arman Nasardyan hesab edir ki, məxməri inqilabdan sonra Ermənistanın dünyadakı reytinqi kifayət qədər yüksəkdir. Bu faktı Qarabağ məsələsinin həlli üçün istifadə etmək lazımdır. Göründüyü kimi Ermənistanın yeni hakimiyyəti Qarabağla bağlı danışıqları sabotaj edir". Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşündə Qarabağ münaqişəsinin həlli istiqamətində Ermənistanın yeni şərtlərini onun diqqətinə çatdırıb: "Fikir versək, Nikol Paşinyan Vladimir Putinlə görüşündən sonra Rusiya tərəfindən münaqişənin həlli ilə bağlı danışıqların masada olan sənədlər əsasında aparılması barədə hər hansı açıqlama vermədilər". Politoloq Ermənistanın işğal altında olan Azərbaycan ərazilərində hərbi təlimılər keçirməsinə də münasibət bildirib: "Bu arada Ermənistan ordusu baş qəarargah rəisinin iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərində müdafiə xarakterli hərbi təlimlərə başlayıb. Bu hərbi təlimlərlə, rəsmi Yerevan öz barışmaz siyasətini ortaya qoyur. Göründüyü kimi , faktiki danışıqların dayanması bir vaxtda Ermənistan provakasiya ilə məşğuldur. Münaqişə ətrafında elə bir vəziyyət yaranıb ki, Ermənistanın ordusun təxribatlarına qarşı Azərbaycan ordusu adekvat addım ata bilər. Yeni hərbi eskalasiyanın baş verməsi isə Ermənistan ordusunun ağır məğlubiyyətinə gətirəcək. Onsuz da rəsmi Bakı bu fürsəti gözləyir".
Məhəmməd Əsədullazadə deyib ki, mütləq şəkildə Ermənistan ordusunun təxribatlarına qarşı cavab zərbələri endirilməli, işğalçıların dərinlikdə müdafiə və əlavə hərbi birləşmələri vurulmalıdır: "Necə ki, İsrail İranın Suriyada öz təhlükəsizliyini təmin etmək üçün hərbi obyektlərinə zərbələr endirir. Nə Rusiya, nə də Avropa buna hər hansı bir reaksiya vermədilər. Biz də öz diplomatiyamızı elə bir səviyyədə qurmalıyıq ki, biz işğalçılara zərbə endirəndə bizim cavab haqqımıza qarışmasınlar. Ermənistanın yeni hakimiyyəti Azərbaycanla yeni şərtlər və güc dilində danışmaq istəyir. Rəsmi Bakı mütləq bunun qarşısını almalıdır".
Politoloq hesab edir ki, Ermənistan Azərbaycanla sərt tonda danışdığı bir halda danışıqların heç bir əhəmiyyəti yoxdur və hər hansı görüşün keçirilməsi də mənasızdır: "Çünki Ermənistan faktiki olaraq təxribatla məşğuldur. İşğalçı ölkə hər cəhdlə danışıqlara zərbə vurmağa çalışır. Ancaq fərqində deyil ki, bu daha çox onun ziyanına ola bilər. 2016-cı ilin Aprel döyüşləri bunu bir daha təsdiqlədi. Ona görə də Ermənistan yaxın tarixdə üzləşdiyi uğursuzluqlardan nəticə çıxarmalıdır".
Süleyman