ABŞ Donbas münaqişəsinin həlli yolunu göstərdi

"Donbasda ukraynalılar arasında etnik və vətəndaş qarşıdurması yoxdur, münaqişə Rusiyanın birbaşa müdaxiləsinin nəticəsidir".

Bunu Slavyanskda keçirilən brifinqdə ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker bildirib.

Onun sözlərinə görə, Ukraynanın şərqinin azad olması üçün Rusiya qoşunlarının oradan çıxarılması lazımdır.

"Rusiya qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması Donbasın rusdilli əhalisinin maraqlarının ən yaxşı müdafiəsi olacaq. Rusiya regionda silahlı qüvvələri birbaşa idarə edir, həmçinin işğal edilmiş ərazilər üzərində siyasi nəzarəti həyata keçirir", - o vurğulayıb.

Volker qeyd edib ki, Rusiyanın Donbasa BMT sülhməramlılarının yerləşdirilməsi haqqında qərara qarşı çıxması onun müharibəni davam etdirmək arzusunu göstərəcək.

"Mən düşünürəm ki, əgər Rusiya həqiqətən münaqişənin həllini istəyirsə, BMT mexanizmi faydalı olacaq. Bu o deməkdir ki, Rusiya öz qoşunlarını Donbasdan çıxarmaq və yerli sakinlərə normal həyatı bərpa etmək imkanını vermək barədə qərar qəbul etməlidir", - Volker əlavə edib.

Publika.az "Apostrof" nəşrinə istinadən xəbər verir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31