İsraildən Türkiyəyə daha bir "zərbə" - İdxal dayandırıldı

İsrail Türkiyənin kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub.

Bu barədə İsrailin kənd təsərrüfatı naziri Uri Ariel Tvitter hesabında məlumat verib.

Qeyd edək ki, Qəzza zolağında yaşanan gərginliklə əlaqədar olaraq Türkiyə XİN İsrail səfirini ölkəsinə göndərib. Analoji addımı İsrail tərəfi də atıb.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31