Ruhani ABŞ-ı HƏDƏLƏDİ

"Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi üzrə Vaşinqtonun qərarı səhvdir".

Bu haqda İran prezidenti Həsən Ruhani bildirib.

Dövlət başçısı həmçininVaşinqtonun İranın nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planından çıxışı üzrə qərarını tarixi səhv adlandırıb.

"Tarix göstərəcək ki, ABŞ hökumətinin hər iki qərarı yanlışdır", - Ruhani deyib.

Onun fikrincə, belə hərəkətlər ABŞ-ın təcrid edilməsi ilə nəticələnə bilər.

Fələstin Vaşinqtondakı səfirini geri çağırıb

Xatırladaq ki, mayın 14-də İsraildə yeni Amerika səfirliyinin açılış mərasimi keçirilib. ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi ilə əlaqədar İsrail-Fələstin sərhədində vəziyyət gərginləşib.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31