KXDR Cənubi Koreya ilə görüşdən imtina edib
16 May 2018 00:20 DünyaŞimali Koreya (KXDR) Cənubi Koreya ilə mayın 16-na planlaşdırılmış yüksək səviyyəli görüşdən imtina edib. Buna səbəb ABŞ-ın Cənubi Koreya ilə keçirdiyi birgə hərbi təlimlər olub.
Qeyd edək ki, iki ölkə arasındakı sərhəddə keçirilməsi planlaşdırılmış görüşün təşəbbüskarı KXDR olmuşdu. Danışıqlarda "Qırmızı Xaç" xətti ilə dialoqun bərpası məsələlərinin müzakirə olunacağı gözlənilirdi.
Pxenyan həmçinin ABŞ-la planlaşdırılmış birgə sammitdən də imtina edəcəyi ilə hədələyib.
Qeyd edək ki, ABŞ-ın "Max Thunder" təlimləri Cənubi Koreyada aprelin 15-dən keçirilir. Təlimlərdə 2000-dək ABŞ və Cənubi Koreya hərbçiləri iştirak edir.
Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31