Rusiya 23 dövlətin diplomatını "arzuolunmaz şəxs" elan etdi
Moskva "Skripal işi" ilə əlaqədar Rusiya diplomatik nümayəndəliklərinin əməkdaşlarını öz ərazisindən çıxaran 23 dövlətin diplomatını "arzuolunmaz şəxs" elan edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
31 Mart 2018 10:42 DünyaMoskva "Skripal işi" ilə əlaqədar Rusiya diplomatik nümayəndəliklərinin əməkdaşlarını öz ərazisindən çıxaran 23 dövlətin diplomatını "arzuolunmaz şəxs" elan edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Həmin dövlətlərin diplomatik nümayəndəliklərinin rəhbərləri Rusiya XİN-ə çağırılıb və onlara etiraz notası təqdim olunub.
Bu tədbirlər 16 Avropa İttifaqı ölkəsi, həmçinin Avstraliya, Kanada, Ukrayna, Norveç, Albaniya, Moldova və Makedoniyaya qarş tətbiq olunub.
XİN-in məlumatında bildirilir ki, Moskva analoji addımı Belçika, Macarıstan, Gürcüstan və Monteneqro diplomatları ilə bağlı da ata bilər. Report.az