Sərnişin qatarı yandı
Bolqarıstanın Konyovo stansiyası ərazisində Sofiya-Burqas marşrutu üzrə hərəkətdə olan sürətli sərnişin qatarının iki vaqonu yanıb.
31 Mart 2018 10:20 DünyaBolqarıstanın Konyovo stansiyası ərazisində Sofiya-Burqas marşrutu üzrə hərəkətdə olan sürətli sərnişin qatarının iki vaqonu yanıb.
Hadisə yerli vaxtla axşam saat 20:00 radələrində, sürət qatarının vaqonunda qeydə alınıb. Alov qatar stansiyaya daxil olan zaman dəmiryolçular tərəfindən sezilib. Qatarın sərnişinləri - təqribən 80 nəfər təxliyyə edilib.
Hadisənin hansı səbəbdən baş verdiyi barədə məlumat yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31