Təbii fəlakət 75 nəfərin həyatına son qoydu

Nepalda iyun ayında başlayaraq şiddətli yağışlarla müşahidə edilən musson mövsümü bu günə qədər 75 nəfərin ölümünə səbəb olub. Ölkənin cənub istiqamətində şiddətli yağışların yol açdığı sel və torpaq sürüşməsi nəticəsində 47 nəfər həlak olub. 5 min nəfrə yaxın əhali ərazidən təxliyə edilib, 34 minə yaxın yaşayış yeri su altında qalaraq yararsız hala düşüb.

Rəsmi açıqlamalara görə, musson mövsümünün sentyabr ayının sonlarına qədər davam edəcəyi bildirilib. Təbii fəlakətlər nəticəsində ölkənin cənubunda yerləşən 9 şəhərdə rabitə və elektrik enerjisi kəsilib. İtkin düşən 27 nəfərin axtarışları davam etdirilir. Publika.az xarici KİV-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31