ABŞ-da nasistlər və irqçilər baş qaldırır: ölkə çalxalanır - VİDEO
ABŞ-ın Virciniya ştatındakı Şarlotsvill şəhərində avtomobilini nümayişçilərin üzərinə sürən şəxsin həyatı boyu nasistlərə rəğbət bəsləyən şəxs olduğu aşkarlanıb. Hayo ştatının 20 yaşlı sakini Ceyms Aleks Fids olaydan bir saat əvvəl ultrasağçıların və neonasistlərin nümayişində iştirak edibmiş.
14 Avqust 2017 10:55 DünyaABŞ-ın Virciniya ştatındakı Şarlotsvill şəhərində avtomobilini nümayişçilərin üzərinə sürən şəxsin həyatı boyu nasistlərə rəğbət bəsləyən şəxs olduğu aşkarlanıb. Hayo ştatının 20 yaşlı sakini Ceyms Aleks Fids olaydan bir saat əvvəl ultrasağçıların və neonasistlərin nümayişində iştirak edibmiş. Fildsə məktəbdə dərs demiş tarix müəllifi Derek Vaymerin sözlərinə görə, bu gənc Adolf Hitlerin pərəstişkarıdır. Həbsxanaya salınmış Ceyms Aleks Filds qətldə suçlanır. Şarlotsvill şəhər polisinin rəisi Al Tomasın dediyinə görə, Fildsin maşınını nümayişçilərin üzərinə sürməsi nəticəsində 32 yaşlı Hizer Hayer adlı qadın həlak olub, 19 nəfər yaralanıb. "Dünyanın gördüyü kadrlar əsl Şarlotsvill deyil. Şəhərimizi sevirik, özümüzə gəlməyə imkan verin. Bu, bizim tariximiz deyil", - Al Tomas söyləyib. Şarlotsvill şəhərində ultrasağçı ekstremistlərlə onların əleyhdarları arasında güclü toqquşmalar olub. Toqquşmalara səbəb "Sağçıların Vəhdəti" təşkilatının keçirdiyi aksiya olub. Aksiya iştirakçıları yerli hakimiyyət dairələrinin Amerika Konfederativ Ştatlarının ordusunun baş komandanı Robert Edvard Linin (1807-1870) heykəlinin sökülməsinə etiraz ediblər.
Şarlotvsill şəhərində fövqəladə rejim tətbiq olunub. ABŞ prezidenti Donald Tramp şəhərdəki toqquşmalara son qoyulmasını istəyib. O, Twitter-dəki akkauntunda yazıb: "Hamımız birləşməli, nifrətdən qaynaqlanan hər şeyi qətiyyətlə pisləməliyik. Amerikada belə zorakılığa yer yoxdur. Gəlin, birləşək". Trampın bu açıqlaması hiddətlə qarşılanıb. Amerikalılar hesab edirlər ki, dövlət başçısı millətçiləri, irqçiləri və ultrasağçıları daha konkret formada pisləməliydi. Şarlotsvill şəhərinin meri Mayk Siqnersə deyib: "Prezident alovu körükləmək əvəzinə faciədə günahkar olanların adlarını konkret çəkməliydi". Şəhərdəki olaylarda hücumlara məruz qalanlara dəstək məqsədilə ABŞ-ın ən müxtəlif şəhərlərində aksiyalar keçirilir. Milli.az ABC-yə istinadən xəbər verir.