Afrikada Türklərə silahlı hücum

Qərbi Afrikada yerləşən Burkino Faso dövlətinin paytaxtı  Ouagadougou şəhərində yerləşən türklərə aid “Əziz İstanbul” restoranına və otelə silahlı hücum olub. “Olaylar” bildirir ki, hadisə nəticəsində 28 nəfər həlak olub, 8 nəfər xəsarət alıb. Ölənlərdən birinin Türkiyə vətəndaşı olduğu bildirilib. Basqınla bağlı açıqlama verən rabitə naziri Remi Dandjinou hücum edənlərin cihadçı olduğunu bildirib. O, cinayətkarların polis tərəfindən öldürülərək zərərsizləşdirildiyini deyib.

Qərbi Afrikada yerləşən Burkino Faso dövlətinin paytaxtı  Ouagadougou şəhərində yerləşən türklərə aid "Əziz İstanbul" restoranına və otelə silahlı hücum olub. "Olaylar" bildirir ki, hadisə nəticəsində 28 nəfər həlak olub, 8 nəfər xəsarət alıb. Ölənlərdən birinin Türkiyə vətəndaşı olduğu bildirilib.

Basqınla bağlı açıqlama verən rabitə naziri Remi Dandjinou hücum edənlərin cihadçı olduğunu bildirib. O, cinayətkarların polis tərəfindən öldürülərək zərərsizləşdirildiyini deyib.

Hücumun Əl-qaidə terror təşkilatı tərəfindən təşkil edildiyi ehtimal edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31