"WhatsApp" istifadəçilərinə xəbərdarlıq: hücum gözlənilir

Kibertəhlükəsizlik üzrə ekspertlər populyar "WhatsApp" messencerinin istifadəçilərini yeni fişinq hücumu haqda xəbərdar ediblər. Bu haqda "ESET" antivirus şirkətinin press-relizində deyilir.

Kibertəhlükəsizlik üzrə ekspertlər populyar "WhatsApp" messencerinin istifadəçilərini yeni fişinq hücumu haqda xəbərdar ediblər. Bu haqda "ESET" antivirus şirkətinin press-relizində deyilir.

Milli.Az banker.az-a istinadən xəbər verir ki, fırıldaqçılar istifadəçiyə messencer üçün abunə vaxtının başa çatdığı haqda məlumat verirlər. Bundan sonra ödəniş etmək və bank kartının məlumatlarını daxil etmək üçün istinadda göstərilən ünvana keçmək təklif edilir. Sonda ödənişlə bağlı informasiya birbaşa hakerlərin əlinə keçir.

Hazırda "WhatsApp" tamamilə ödənişsiz xidmətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31