ABŞ-ın maliyyələşdirdiyi döyüşçülər Suriya ordusuna təslim oldu
Amerika Birləşmiş Ştatlarının maliyyələşdirdiyi “İnqilabçı Komandalar Ordusu” adlı qrupun onlarla döyüşçüsü silahlarını buraxaraq, könüllü şəkildə Suriya ordusuna təslim olub.
2 Avqust 2017 17:42 DünyaAmerika Birləşmiş Ştatlarının maliyyələşdirdiyi "İnqilabçı Komandalar Ordusu" adlı qrupun onlarla döyüşçüsü silahlarını buraxaraq, könüllü şəkildə Suriya ordusuna təslim olub. Təslim olan döyüşçülər ordu ilə savaşmaq istəmədiklərini və İnqilabçı Komandalar Ordusuna pul qazanmaq üçün qatıldıqlarını deyiblər.
Qeyd edək ki, Suriyada dəyişən balanslara daxil olmağa çalışan ABŞ bu məqsədlə hələ 2016-cı ildə İordaniya sərhədində yerləşən Müxalif Suriya Ordusunun adını dəyişdirərək "İnqilabçı Komandalar Ordusu" qoymuşdu. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31