Qurğular arasında internetsiz əlaqə yaratmağa imkan verən texnologiya təqdim olunub

“Google” şirkəti bir-birinə yaxın məsafədə yerləşmiş qurğular arasında şifrələnmiş genişzolaqlı rabitəni təmin edən “Nearby Connections API” texnologiyasının ikinci versiyasını çıxarıb.

"Google" şirkəti bir-birinə yaxın məsafədə yerləşmiş qurğular arasında şifrələnmiş genişzolaqlı rabitəni təmin edən "Nearby Connections API" texnologiyasının ikinci versiyasını çıxarıb. "Nearby" qurğular arasında əlaqə qurmaq üçün "Wi-Fi" və "Bluetooth" modullarından istifadə edir. İnternetdən istifadə edilmir. Sözügedən texnologiya cihazlar arasında məlumat mübadiləsinə imkan verir. Bu texnologiya çoxlu sayda insanın olduğu kiçik otaqda ünsiyyət saxlamağa kömək edəcək. "Nearby 2.0" texnologiyası artıq bütün istifadəçilər üçün əlçatandır. "ICTnews" Elektron Xəbər Xidməti macdigger.ru saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31