Sumqayıt yolunda 6 tələbəni öldürən sürücünün CƏZASI BƏLLİ OLDU
Altı tələbinin öldüyü qəzaya görə gəbs edikən sürücünün cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi hakim Novruz Kərimovun sədrliyi ilə baş tutub. Məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib. Prokuror Namiq Hüseynova törətdiyi əmələ görə cəza istəyib. Prokuror N.Hüseynovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
1 Avqust 2017 15:43 DünyaAltı tələbinin öldüyü qəzaya görə gəbs edikən sürücünün cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi hakim Novruz Kərimovun sədrliyi ilə baş tutub. Məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib. Prokuror Namiq Hüseynova törətdiyi əmələ görə cəza istəyib. Prokuror N.Hüseynovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, hadisə bu ilin martın 9-da Sumqayıt yolunda baş verib. Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə dünyasını dəyişib, 20 tələbə yaralanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Mikroavtobusun sürücüsü N.Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib. Publika.az