"Tutulmasaydım, arvadımı da öldürəcəkdim" - Oğlanı öldürüb, sevgilisini qaçıran şəxs

Ankarada avtomobildə Yasin B. adlı oğlanı tüfənglə öldürüb, sevgilisi Züleyxa B.- ni qaçıran Mustafa A. polisə ifadəsi zamanı hər kəsi dəhşətə gətirib. 

Ankarada avtomobildə Yasin B. adlı oğlanı tüfənglə öldürüb, sevgilisi Züleyxa B.- ni qaçıran Mustafa A. polisə ifadəsi zamanı hər kəsi dəhşətə gətirib. 

Milli.az Haberler-ə istinadən Mustafa A.-nın sözügedən ifadəsini təqdim edir: "Həyat yoldaşımı öldürməyə qərar vermişdim. Hadisə günü yeni aldığım ov tüfəngini sınaqdan keçirmək üçün bir neçə pivə alıb İmrahor Vadisinə getdim. Avtomobildən enən oğlan mənə "Get buradan, nə baxırsan" dedi. Mən də qorxutmaq üçün atəş açdım. Avtomobildə olan və tanımadığım qadın mənə "Məni Çankayada evimə ötür" dedi. Qadın yolda avtomobildən özünü atdı. Daha sonra qaynımın evinin önünə gedərək yoldaşımın çölə çıxmasını gözlədim. Onu öldürüb, sonra da intihar edəcəkdim. Həyat yoldaşım çölə çıxmayınca, böyük qardaşımın yanına getdim. Polislər tutmasaydılar, yoldaşımı da öldürəcəkdim".

Mustafa A.həbs olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31