Qardaşının qarnında doğuldu: həkimlər heyrət içində

Döl içində döl hadisəsinə nadir hallarda rastlanır. Dünyada cəmi 200 belə hadisə qeydə alınıb. Bunlardan biri də bir neçə gün öncə yaşanıb.

Döl içində döl hadisəsinə nadir hallarda rastlanır. Dünyada cəmi 200 belə hadisə qeydə alınıb. Bunlardan biri də bir neçə gün öncə yaşanıb.

Bu da möcüzəvi hadisənin detalları

Bir oğlan əkiz qardaşından "hamilə" bir şəkildə dünyaya gəlib. Həkimlər körpənin qarnında beyni, qolları və ayaqları olan inkişafdan dayanmış oğlan dölü tapıblar.

Nadir görünən "döl içində döl" hadisəsi bu dəfə Hindistanda baş verib. Adı açıqlanmayan 19 yaşlı ana sağlam bir oğlan uşağı dünyaya gətirib. Ancaq körpənin qarnında başqa bir körpə də olub.

Ginekoloq Dr. Neena Niçlani bu vəziyyəti belə izah edib: "Eyni plasenta (Plasenta hamiləliyin ilk həftələrindən etibarən ana və körpə arasındakı qida mübadiləsini təmin edən orqandır) paylaşan tək yumurta əkizlərində nadir görünən bir haldır. Bir döl digər dölün ətrafına sarılaraq onun beynini oğurlayır. Bəzən parazit döl digərinin ölümünə səbəb ola bilir". Əkizi olduğu düşünülən 150 qram və 7 sm-lik döl əməliyyatla körpənin qarınından çıxarılıb. Körpə üzərində araşdırma aparılması üçün nəzarət altında saxlanılır. Milli.az Daily Mail-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31