İcra nümayəndəsi bağlatdığı çimərlikdə ailəsi ilə dincəldi - FOTO

ABŞ-ın Nyu Cersi əyalətində yerli məmur 4 iyul Müstəqillik Günü tətili həftəsində ictimaiyyətə bağlı elan etdiyi çimərlikdə ailəsiylə dincəlib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, yerli icra nümayəndəsinin bu hərəkəti ölkədə böyük səs-küyə səbəb olub. Kris Kristie adlı məmur "Island Beach State Park"ının müvəqqəti bağlanmasına dair qərar qəbul edib. Amma jurnalistlər Krisin ailəsi ilə həmin çimərlikdə dincəldiyi barədə məlumat əldə ediblər və dərhal onu hadisə yerində "yaxalayıblar".

Hazırda ABŞ ictimaiyyəti məmurun ailə maraqları üçün xalq əleyhinə qərar qəbul etməsini müzakirə edir. Rəsmi qurumlar hələ ki, məsələ ilə bağlı mövqe bildirməyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31