12 yaşlı qızın inşası dəhşətə gətirdi - 8 yaşından zorlanırmış
20 Aprel 2017 11:42 DünyaTürkiyədə daha bir azyaşlı təcavüzə uğrayıb.
Diyarbakırın Kayapınar mahalındakı məktəbdəki yoxlama zamanı 12 yaşlı qızın zorlandığı məlum olub.
Məktəbə gələn yoxlama uşaqlardan indiyə kimi başlarına gələnlərdən ibarət inşa yazmalarını istəyib.
Müəllimləri F.B adlı şagirdlərinin inşasını oxuyanda dəhşətə gəliblər. Belə ki, o, inşada 8 yaşından bəri təcavüzə uğradığını qeyd edib. O bildirib ki, məhəllələrindəki yaşlı mebel ustasının təcavüzünə məruz qalıb.
Məsələ ilə bağlı qızın ailəsinə və polisə məlumat verilib. Həmin mebel ustası saxlanılıb. Onun ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Polis araşdırmalara davam edir:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00