2000-dən çox "Audi" geri çağırıldı

"Volkswagen Qrup Rus" şirkəti Rusiyada 2300-dən çox "Audi" markalı avtomobili geri çağırıb.

Qərar sukeçiricilərin yaxşı işləməməsi ilə əlaqədardır.

Məlumatda qeyd olunur ki, geri çağırılma 2010-2017-ci illər arasında Rusiyada satılmış Q5 modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31