Sərkisyanın seçki qorxusu

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca, ölkə rəhbərliyi gərginləşən daxili siyasəti cəbhə bölgəsində təxribatlara yönəltməklə, ictimai rəyi müharibə ritorikasına yönləndirməyi planlaşdırır. Yerevanda hakimiyyətdə olan "müharibə partiyası" bu siyasətlə yenidən hakimiyyəti zəbt etməyi düşünür.

Ermənistan rəhbərliyi daxili siyasəti cəbhə bölgəsində təxribatlara yönəltməklə, ictimai rəyi müharibə ritorikasına yönləndirməyi planlaşdırır

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca, ölkə rəhbərliyi gərginləşən daxili siyasəti cəbhə bölgəsində təxribatlara yönəltməklə, ictimai rəyi müharibə ritorikasına yönləndirməyi planlaşdırır. Yerevanda hakimiyyətdə olan "müharibə partiyası" bu siyasətlə yenidən hakimiyyəti zəbt etməyi düşünür. Ermənistanda bu faktor mühüm rol oynasa da, hazırda Ermənistan rəhbərliyi, danışıqlardan yayınmaq üçün, cəbhə bölgəsində Azərbaycanın mövqelərinə diversiya və kəşfiyyat həmlələri ilə cəhd edir. Həmçinin ağır silahlardan istifadə etməklə atəşkəsi mütəmadi pozmağı davam edir. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, plitoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Azərbaycan hazırda Ermənistanın bu təxribatlarına qarşı, düşmənin bütün hədəflərini məhv etməyə qadirdi. Onun sözlərinə görə, keçən həftə Müdafiə Nazirliyində hissə və briqada komandirlərinin iştirakı ilə əməliyyat müşavirəsinin keçirilməsini yeni əməliyyatların başlanmasına və düşmənə zərbə vurmağa hazırlıq mesajı kimi dəyərləndirmək lazımdır: "Azərbaycan rəhbərliyi tərəfindən son vaxtlar, hissə -hissə torpaqların geri alınması kimi açıqlamalar verilməkdədir. Buradan belə qənaətə gəlmək olur ki, Azərbaycan hazırkı atəşkəsdə maraqlı deyil və torpaqların geri alınması işini hərbi yolla davam etdirəcək. Düşmənə son bir ayda vurulan zərbələr onu demyə əsas verir ki, görünür proses başlamaq üzrədir. Xüsusilə yeni planda lokal döyüş əməliyyatları imkan verir ki, işğalçı qüvvələrin bütün hərbi istehkam və müdafiə xəttləri dağıdılaraq, ordunun irəliləməsinə şərait yaratsın. Kiçik qruplarla düşmənə arxadan zərbə vurmaq taktikası, hərəkətdə olan bütün obyektlərin məhv edilməsi tapşırıqları, düşməni panikaya salacaq və bir növ işğalçı ordu arasında inamsızlığa yol açacaq". Politoloqun qənaətincə, hazırda Rusiya çalışır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərini bir araya gətirsin: "Təbii ki, yeni həll variantları hazırlanıb. Bu həll variantları maraqlarımıza cavab vermədiyi üçün xarici işlər naziri danışıqlarda maraqlı görünmür. Vurğulamaq lazımdır ki, Rusiya "Paket həll" variantını irəli sürməklə, bir növ Azərbaycanı danışıqlardan uzaqlaşdırmaq siyasəti aparır. Qeyd edim ki, Ukraynada və Suriyada davam edən müharibə Azərbaycana imkan verir ki, lokal əməliyyatlarla əraziləri hissə-hissə azad etsin. Beynəlxalq diqqət Ukrayna və Suriyaya yönəlməklə, Qarabağ məsələsini diqqətdən kənarda saxlayıb. Xüsusilə danşıqların dayanmasında "Minsk qrupunun" üzvləri Rusiya və Fransadan verilən son açıqlamalar da rol oynayır. Hər iki ölkənin həmsədr missiyası birtərəfli olaraq, işğalçıya dəstəyi artırır. Və, Azərbaycan üçün məqbul olmayan şərtlər irəli sürülür. Bir növ bu kimi, açıqlamalarla Azərbaycana təzyiq edilir. Çünki, ortada Azərbaycanın maraqlarına cavab verməyən "həll formulu" var. Həmsədr kimi Vaşinqtonun susqunluğu da, Rusiya və Fransanın Azərbaycana qarşı təzyiqini artırıb. Bu aralarda Türkiyənin Suriyada hərbi əməliyyatlara başı qarışması, həmçinin Rusiya ilə aparılan Qarabağ danışıqları da nəticəsiz qalması, vəziyyəti gərginləşdirir. Baş verənlər fonunda Azərbaycana imkan verir ki, bu açıqlamalar və xain planın qarşısın alınması üçün cəbhədə işğalçı qüvvələrə hərbi

güc tətbiq etsin". Mərkəz rəhbəri onu da deyib ki, son günlərdə Gürcüstan və Rusiya arasında müəyyən siyasi təmaslar üçün danışıqlar aparılmaqdadır və Ermənistan bununla çalışır ki, Abxaziyadan keçməklə ölkəsinə dəmir yolu nəqliyyatı işə düşsün: "Rusiya ilə quru əlaqalər bərpa edilsin. Rusiya da hərbi yüklərin daşınması üçün xəttin açılmasında maraqlıdır. Rusiya bu dəmiryol xəttinin açılması üçün Gürcüstana daima təzyiqlər edib. Verilən məlumatlara görə, artıq Gürcüstan arasında Ermənistana gedən dəmir yolunun açılması məsələsində anlaşma əldə edilib. Praqada Rusiya və Gürcüstan təmsilçiləri arasında "Ticarət dəhlizləri haqqında" sazişin gerçəkləşdirilməsi üzrə danışıqların yeni mərhələsində əldə edilmiş anlaşmadır. Qeyd etmək lazımdır ki, Gürcüstan buna gedərsə, Ermənistanın silahlanması, daha da asanlaşacaq. Bu Azərbaycan üçün arzuolunmayan bir anlaşma olacaq. Həmçinin Azərbaycan-Gürcüstan strateji əlaqlərinə kölgə salmış olar. Bu baş verərsə, Rusiya rahat şəkildə öz ordusunu Ermənistana göndərməklə, regionda ciddi təhlükəli vəziyyət yaradacaq". Məhəmməd Əsədullazadə bildirib ki, hazırda beynəlxalq vəziyyətdə qeyri-müəyyənlik hökm sürməkdədir. Bundan istifadə edən Rusiya çalışır ki, Cənubi Qafqazda status-kvo qorunsun və Ermənistan da militarist siyasətini həyata keçirsin. Azərbaycan gərginləşən situasiya fonunda Qarabağ siyasətində korrektlər etməkdədir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31