"Koordinatları Türkiyədən almışdıq" - Peskov

Rusiya Hərbi-Kosmik Qüvvələri Suriyada Türkiyənin verdiyi koordinatlara əsasən uçuş həyata keçiriblər. Koordinatlara əsasən orada türk hərbçilər olmalı deyildi. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

O bildirib ki, vəziyyət hər iki tərəfə aydındır, hər hansı bir mübahisəli vəziyyət yaranmayıb. 

Rusiya prezidentinin mətbuat katibi, həmçinin əlavə edib ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan baş verən hadisəni konstruktiv və detallı formada müzakirə edib. 

Qeyd edək ki, ötən gün "Fərat qalxanı" əməliyyatı çərçivəsində Suriyanın Əl-Bab bölgəsində İŞİD hədəflərinə zərbələr endirən Rusiyaya məxsus qırıcı təyyarə səhvən Türkiyə hərbçilərinin olduğu binanı atəşə tutub.

Səhvən edilən hücum nəticəsində 3 türk hərbçi həlak olub, biri ağır olmaqla, 11 hərbçi yaralanıb.

Rusiya tərəfi hücumun səhvən edildiyini bəyan edib. Azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31