63 dollara hamburger olar?

Dubayda 63 dollara qızıl hamburger təqdim olunub.

Dubayda 63 dollara qızıl hamburger təqdim olunub. Hamburger Dubayda keçirilən "Eat The World DXB" qida festivalında hazırlanıb. Yeməli qızıldan olan hamburgerin tərkibində mal ətindən 5 mərmər kotlet, trüfelli pendir, fua-qra, zəfəranlı mayonez, böyürtkənli ketçup var. Hamburgeri 24 karat yeməli qızıldan olan yarpaq tamamlayır. Bu bahalı hamburgerə Dubayda yerləşən və dünyanın ən hündür tikilisi olan "Bürc-Xəlifə" göydələninin adı verilib. Bu barədə Trend "Arabian Business" jurnalına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31