Burak Özçivit üsyan etdi

Evlilik hazırlıqlarına başı qarışan Fahriye Evcen və Burak Özçivit dünən jurnalistlərin suallarını cavablandırıb.

Evlilik hazırlıqlarına başı qarışan Fahriye Evcen və Burak Özçivit dünən jurnalistlərin suallarını cavablandırıb. Ulduzlar uzun müddətdən sonra ilk dəfə birlikdə şam yeməyinə çıxdıqlarını etiraf edib. Burak "Gərgin iş qrafikindən dolayı görüşə bilmirik. İki aydan sonra ilk dəfədir ki, görüşürük", - deyə üsyan edib.

Burak Özçivit "Ölənə qədər" (Ölene kadar) serialı ilə ekrana qayıdan sevgilisi Fahriye Evceni yaxından təqib etdiyini açıqlayıb. Yaraşıqlı aktyor "Rəqabət varmı" sualına "Yox, heç bizim aramızda rəqabət olar?" deyə cavab verib.

Yay aylarında evənməyi planlaşdıran məşhur cütlük toyun detalları ilə bağlı məlumat vermək istəməyib. Bu barədə Publika.az Türkiyə mətbuatına istindən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31