Demetdən imtina edən Hülya Rafeti seçdi
Bu günə kimi heç bir sənətçi ilə duet oxumayan Hülya Avşar müğənni Rafet El Romanla yeni sinql üzərində çalışmağı qərara alıb.
9 Fevral 2017 19:15 DünyaBu günə kimi heç bir sənətçi ilə duet oxumayan Hülya Avşar müğənni Rafet El Romanla yeni sinql üzərində çalışmağı qərara alıb. Müğənni Demet Akalının hədiyyəsini qəbul etməyən Hülya Rafetin "Sen olmazsan" adlı sinqlı üçün razılıq verib. Səsyazma işləri Almaniyanın Karlsrue şəhərində tamamlanıb. Fevralın axırında hazır olacaq sinqla önümüzdəki həftə klip çəkiləcəyi bildirilib.
Qeyd edək ki, bir müddət öncə müğənni D.Akalın "Hülyanı yenidən yaradacağam" deyərək ona sinql hədiyyə etmiş, lakin aktrisa onun təklifini qəbul etməmişdi. O, aparıcılığına yönəldiyi üçün təklifdən imtina etdiyini söyləmişdi. Axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31