İran Haaqa Beynəlxalq Məhkəməsində ABŞ-a qarşı iddia qaldırıb
İran Haaqa Beynəlxalq Məhkəməsində ABŞ-a qarşı iddia qaldırıb. Bu barədə İRNA-ya İranın hüquq işlər üzrə vitse-prezidenti Məcid Ənsari məlumat verib.
9 Fevral 2017 14:59 Dünyaİran Haaqa Beynəlxalq Məhkəməsində ABŞ-a qarşı iddia qaldırıb. Bu barədə İRNA-ya İranın hüquq işlər üzrə vitse-prezidenti Məcid Ənsari məlumat verib. Onun sözlərinə görə, buna səbəb İran Milli Bankının ABŞ tərəfindən dondurulmuş əmlakının bir hissəsinin müsadirə edilməsidir. "Şikayətin izlənməsi çox ciddi məsələdir və biz Haaqa Beynəlxalq Məhkəməsində ABŞ-a qarşı iddia qaldırmağı bacardıq. Artıq məhkəmə iddiamızı qeydə də alıb", - deyə vitse-prezident bildirib. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31