Canlı əfsanə Elvis Preslinin dul xanımına vuruldu

Dünyanın ən məşhur müğənnilərindən biri, Britaniya musiqisinin canlı klassiki Tom Cons eşqə düşüb. 76 yaşlı Tom Cons 71 yaşlı aktrisa Prissilla Presli ilə görüşməyə başlayıb.

Dünyanın ən məşhur müğənnilərindən biri, Britaniya musiqisinin canlı klassiki Tom Cons eşqə düşüb. 76 yaşlı Tom Cons 71 yaşlı aktrisa Prissilla Presli ilə görüşməyə başlayıb. Prissilla Presli əfsanəvi amerikalı müğənni Elvis Preslinin dul xanımıdır. Elvis Preslinin birinci xanımı Linda xərçəng xəstəliyindən öləndən bir il sonra o, Prissilla ilə evlənmişdi. Tom Cons və Prissilla Presli bir-birlərini illərdən bəri tanıyırlar. Ötən həftə onları Qərbi Hollivudda, məşhur "Graig" restoranında reportyorlar görüblər. Bu barədə Milli.az TMZ-yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31