Qeyri-müsəlmanlar 300 il ərzində bu şəhərə girə bilmirdilər
Xarar Efiopiyanın əsas şəhərlərindən, müsəlmanların məskunlaşdıqları yaşayış məskənlərindən biridir. Daş divarlarla əhatə olunmuş şəhərdə böyük məscidlər, bazarlar, müsəlman məktəbləri və tədris mərkəzləri mövcuddur.
9 Fevral 2017 14:41 DünyaXarar Efiopiyanın əsas şəhərlərindən, müsəlmanların məskunlaşdıqları yaşayış məskənlərindən biridir. Daş divarlarla əhatə olunmuş şəhərdə böyük məscidlər, bazarlar, müsəlman məktəbləri və tədris mərkəzləri mövcuddur.
Ərəb dünyasına yolu Şərqi Afrika ilə başlayan ticarət karvanları əsrlər boyu bu şəhərdən keçirdi. Xararın çiçəklənməsi XVI əsrə təsadüf edib. Şəhər bugünkü Şərqi Efiopiyanın çox hissəsini tutmuş müstəqil Somali sultanlığı Adalın paytaxtı olub.
Ancaq zaman içində Adal öz mövqelərini itirdi. Və hazırda Xarar şəhərinə Efiopiya nəzarət edir. Son 400 ildə şəhərin qədim hissəsi Cuqol adlanıb. Həmin ərazi hündürlüyü 4 metr olan divarlarla əhatə olunub. Şəhərin hündür divarlarla hasarlanmasında məqsəd onu qonşuların hücumlarından qorumaq olub. 2006-cı ildə Cuqol 82 məscidlə birlikdə YUNESKO-nun Ümumdünya mirası siyahısına daxil edilib. Həmçinin qeyd etmək lazımdır ki, qədim Xarar 300 il ərzində qeyri-müsəlmanların üzünə bağlı olub.
Şəhərdə evlər üç tipdə tikilib. Onların bəziləri Qırmızı dənizin sahilində ənənəvi ərəb şəhərlərinin arxitekturasını xatırladır. Evlərin divarlarını kasalar, boşqablar və toxunma səbətlər bəzəyir.
Ev kaftarları Xarar şəhərinin simvollarından biridir. Şəhərin bəzi sakinləri də evlərində kaftarlar saxlayırlar. Əsas məqsəd isə Xarar şəhərinə gələn turistlərin diqqətini cəlb etməkdir.
Publika.az Xarar şəhərindən şəkilən ən maraqlı fotoları tədqim edir:









