İrəvanda ETİRAZ - Polis əsgər analarını təhqir etdi

Bu gün Ermənistanın paytaxtı İrəvanda əsgər anaları hökumət binasının qarşısında etiraz aksiyası keçiriblər.

Bu gün Ermənistanın paytaxtı İrəvanda əsgər anaları hökumət binasının qarşısında etiraz aksiyası keçiriblər. Polis onlara qarşı zorakılıq tətbiq edib, əsgər analarını həbs etməyə çalışıb. 

"Biz müdafiə naziri Vigen Sarkisyanı gözləyirdik. Birdən polislər bizə zor tətbiq etməyə başladılar. Onlar zorla bizi maşında gözləməyə vadar etdilər. Sonra onlar bizə tüpürdülər", - deyə ölən erməni əsgər Artur Kazaryanın anası İrina Kazaryan bildirib. 

Onlar başqa bir polis əməkdaşının müdaxiləsindən sonra həbs edilməkdən canlarını qurtara biliblər. Bundan sonra hökumətin binasına yaxınlaşan əsgər anaları müdafiə naziri Vigen Sarkisyanla görüş tələb ediblər. 

Əsgər valideynləri övladlarının qeyri-döyüş şəraitində ölməsindən və uzun müddət keçməsinə baxmayaraq, ölüm faktlarının araşdırılmamasından şikayətləniblər. Azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31