Ərdoğanın mətbuat katibi: Türkiyə İncirlik aviabazasını bağlaya bilər
5 Yanvar 2017 18:55 DünyaTürkiyə Adana vilayətindəki İncirlik aviabazasını bağlaya bilər. Trend-in məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın deyib.
Bundan əvvəl baş nazirin müavini Veysi Kaynak demişdi ki, rəsmi Ankara İncirlik bazasındakı koalisiya qüvvələrinin çıxarılmasının mümkünlüyünü nəzərdən keçirir.
Qeyd edək ki, İncirlik bazası Türkiyə və ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunur. Hazırda həmin bazada İŞİD-ə qarşı mübarizəni davam etdirən koalisiya qüvvələrinin təyyarələri də yer alır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31