Türkiyədə küçə döyüşü
5 Yanvar 2017 18:40 DünyaTürkiyənin İzmir şəhərində məhkəmə binası yaxınlığında partlayış baş verəndən sonra silahlı toqquşma yaşanıb.
Publika.az xəbər verir ki, polislə terrorçular arasında baş verən toqquşmada iki terrorçu məhv edilib. Üçüncü terrorçu isə axtarılır.
Öldürülən terrorçuların cəsədlərinin fotoları yayılıb.
****
Hadisə nəticəsində 1 polis əməkdaşının şəhid olduğu bildirilir.
****
Türkiyənin İzmir şəhərində partlayış olub.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış Ədliyyə binasının yaxınlığında baş verib.
İlkin məlumata görə, ən az 10 yaralı var.
Eyni zamanda hadisə yerinə çoxlu ambulans gəlib.
****
Türkiyənin İzmir şəhərində partlayış baş verib.
Publika.az-ən məlumatına görə, İzmir məhkəməsi binasının qarşısında iki avtomobil partlayıb.
Hadisə yerinə polis əməkdaşları və xilasedicilər cəlb olunub.
Partlayış nəticəsində ən azı 3 nəfər yaralanıb.
Bunun terror aktı olduğunu iddia edən agentlik xəbər verir ki, partlayışdan sonra atışma səsləri gəlib. Yerdə bir terrorçunun cəsədi var.
Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.