Türkiyədə partlayış: yaralılar var
5 Yanvar 2017 17:51 DünyaTürkiyənin İzmir şəhərində partlayış baş verib.
Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, İzmir məhkəməsi binasının qarşısında iki avtomobil partlayıb.
Hadisə yerinə polis əməkdaşları və xilasedicilər cəlb olunub.
Trend-in "Doğan" agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində ən azı 3 nəfər yaralanıb.
Bunun terror aktı olduğunu iddia edən agentlik xəbər verir ki, partlayışdan sonra atışma səsləri gəlib. Yerdə bir terrorçunun cəsədi var.
Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31