Kraliça mühafizəçinin gülləsindən son anda xilas oldu

Böyük Britaniya kraliça II Yelizaveta ölüm təhlükəsi ilə üzləşib.

Publika.az "Independent" qəzetinə istinadən xəbər verir ki, gecə Bukinhem sarayında gəzişən və yuxusuzluqdan əziyyət çəkən kraliçanı şəxsi mühafizəçisi az qala odlu silahla vururmuş.

Bu barədə mühafizəçinin özü danışıb. Mühafizəçi bir gecə sarayın daxili ərazisini qoruyurdu. Bu vaxt qaranlıqda kölgə görünüb. "Bu kimdir?" deyərək qışqıran mühafizəçi kraliçaya atəş açmağa hazırlaşıb. Elə bu anda qarşısındakı şəxsin kraliça olduğunu anlayıb.

"Siz əlahəzrətiniz, mən sizi az qala vururdum", - qəzet mühafizəçidən sitat gətirib.

"Hər şey qaydasındadır. Gələn dəfə mən sizə qabaqcadan zəng edəcəyəm və məni güllələmək lazım olmayacaq", - deyə kraliça cavab verib.

Hadisənin nə vaxt baş verdiyi açıqlanmır.

Ömər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31