"Deutsche Bank" ABŞ-a 95 milyon dollar cərimə ödəyəcək

Almaniyanın "Deutsche Bank"-ı ABŞ-a vergidən yayındığına görə 95 milyon dollar cərimə ödəyəcək.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin ədliyyə nazirliyi məlumat yayıb.

"Hökümət "Deutsche Bank"ı vergidən yayınmağını boynuna almağı və 95 milyon dollar cərimə ödəməyə məcbur edib", - məlumatda deyilir.

Qeyd olunur ki, bank 2000-ci ildə saxta şirkət işlətməklə ştatların vergi qanunvericiliyini adlamaq istəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31