10 mərtəbəli binada güclü yanğın

Çinin paytaxtı Pekin şəhərində güclü yanğın baş verib.

"Report"un məlumatına görə, bu barədə "Sina" informasiya agentliyi məlumat yayıb. Məlumata görə, hadisə paytaxtın cənub-şərqindəki 10 mərtəbəli yaşayış binasında qeydə alınıb. Güclü alov binanın beş mərtəbəsini bürüyüb.

Hadisə ilə əlaqədar 100 sakin binadan təxliyə edilib. Alovun digər mərtəbələrə yayılmasının qarşısı alınıb.

Qəza zamanı 1 sakin yanıq xəsarətləri alıb. O, yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31