Ankara Aİ-ni ikili standartlarda ittiham edir
4 Yanvar 2017 20:35 DünyaTürkiyənin Aİ ilə işlər üzrə naziri Ömər Çelik Avropa ölkələrini terror təşlitlarına qarşı ikili standartlarda ittiham edib.
Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, nazir bildirib ki: "Ankara, Türkiyədə baş verən terror aktlarına cavab olaraq Türkiyə bayrağının Avropa ölkələrinin dövlət qurmlarının üzərinə asılmasından, məmnundur. Lakin, bir mübahisəli məqam var: Terror aktını İŞİD törədibsə bayraq asılır, PKK törədibsə bayraq asılmır".
Ömər Çelik İstanbulda yeni il gecəsi törədilən terror aktını xatırladaraq, terrorla mübarizənin vacibliyini qeyd edib: "Terrorla mübarizədə qətiyyət göstərməyib, demokratik dəyərləri müdafiə etmək olmaz".
Nazir həmçinin terrorizmlə mübarizədə prinsiplərinin vacibliyini vurğulayıb: "Türkiyə terrorla mübarizədən, demokratik dəyərlərdən, eləcə də hüquqi və dünyəvi dövlət ideallarından imtina etməyəcək".