Türkiyədə anti-terror əməliyyatı

Türkiyə polisi İzmirdə keçirdiyi xüsusi əməliyyat nəticəsində 27 nəfəri saxlayıb.

Qafqazinfo xəbər verir ki, saxlanılan şəxslər "Reina" gecə klubunda törədilən terrorla əlaqəli olmaqda şübhəli bilinirlər.

Bundan əlavə şübhəlilərin İŞİD-in üzvü ola biləcəyi də güman edilir.

Qeyd edək ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu terrorçunun şəxsiyyətinin artıq müəyyən olunduğunu bildirib.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31