Bağçaya silahlı hücum
4 Yanvar 2017 18:29 DünyaÇinin Pinsyan şəhərində silahlı şəxs bağçaya hücum edib.
Qafqazinfo xəbər verir ki, bu barədə Çin Mərkəzi televiziyası məlumat yayıb.
Məlumata görə, bıçaqla silahlanmış şəxs uşaqlara hücum edib. İnsident nəticəsində 11 azyaşlı uşaq yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların həyatı üçün heç bir təhlükənin olmadığı bildirilib.
Polis artıq silahlı şəxsi saxlayıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31