Əfqanıstanda partlayış baş verib, ölən və yarananlar var

Əfqanıstanın Gündüz şəhərində partlayış baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 22 nəfər xəsarət alıb.
 
Partlayışın şəhərin mərkəzi bazarında törədildiyi bildirilir.
 
İnsidentə görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31