12 yaşlı qızı TIR-ın arxasında 1 il zorladılar

Türkiyədə daha bir təcavüz hadisəsi qeydə alınıb.

Milli.Az "Milliyet"ə istinadla bildirir ki, 12 yaşlı qız 60 yaşlı kişi tərəfindən 1 il boyunca zorlanıb.

İddialara görə, 60 yaşlı Y.T. qıza TIR-ın arxasında təcavüz edib. O, həbs edilib. Kişi olanları etiraf edib. Məhkəmədə məlum olub ki, kişi təcavüzə uğrayan qızın bacısı ilə də bir neçə dəfə intim münasibətdə olub. O, içkili olduğunu söyləyərək özünə bəraət qazandırmağa çalışıb.

Qeyd edək ki, bütün bu olanlar qızların analarının həbsdə olduğu müddətdə baş verib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00