Ayın səthindən Yerin doğuşu necə görünür?

 

Virtualaz.org xəbər verir ki, "The Planetary Society" kanalı internetdə unikal kadrlar yayımlayıb. Bu kadrlarda Ayın səthindən Yerin doğuşu görüntülənir.

Çəkilişi 2,2 meqapiksellik iki kameranın köməyilə Yaponiyanın "Kaquya" kosmik aparatı aparıb. Bu aparat həm də "SELENE" adı altında tanınır.

2007-ci ildən 2009-cu ilədək "Selenological and Engineering Explorer" (SELENE) missiyasında iştirak edən Yaponiyaya məxsus üç ədəd elmi zond Ayın ətrafında dövr edib və yüksək keyfiyyətli şəkillər çəkib. Bu həftə Yaponiyanın JAXA kosmik agentliyi "Kaquya"nın çəkdiyi bəzi şəkilləri dərc edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00