Ermənistanda dövlət aparatı xərcləri ixtisar ediləcək
Ermənistan dövlət aparatı xərclərini 2017-ci ildə 8,4 milyon dollar ixtisar edəcək.
4 Oktyabr 2016 17:14 DünyaErmənistan dövlət aparatı xərclərini 2017-ci ildə 8,4 milyon dollar ixtisar edəcək.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin yeni maliyyə naziri Vardan Aramyan 2017-ci ilin büdcə xərcləri planı ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ilk növbədə xidməti maşınların sifarişi, eləcə də kommunal xərclər azaldılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31