20 min erməni Suriyadan Ermənistana qaçıb
Suriyada baş verən vətəndaş müharibəsindən sonra bu ölkədən Ermənistana təxminən 20000 erməni gəlib.
4 Oktyabr 2016 14:46 DünyaSuriyada baş verən vətəndaş müharibəsindən sonra bu ölkədən Ermənistana təxminən 20000 erməni gəlib.
Azvision.az bildirir ki, bu barədə Ermənistan Diaspora Nazirliyinin nümayəndəsi Firdus Zakaryan deyib.
Zakaryan qeyd edib ki, hazırda bir sıra təşkilatlar Suriya ermənilərinə dəstək olur, onların yerləşdirilməsinə yardım edirlər. Lakin Ermənistana gələn Suriya ermənilərinin sayı dəyişdikcə yardımlar kifayət etmir.
Zakaryan bildirib ki, Suriya erməniləri üçün ölkədə səhiyyə pulsuzdur, ali məktəblərdə oxuyanlar yardım alır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31