Zakir Qaralov: ""Gülən hərəkatı" ilə bağlı işlər qarşılıqlı şəkildə davam etdirilir"

Fətullah Gülən hərəkatı ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Baş Prokurorluğunun Türkiyəyə müraciəti üzrə işlər davam etdirilir.

Trend  bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın baş prokuroru Zakir Qaralov deyib.

Onun sözlərinə görə, Baş Prokurorluğun Kriminalistika şöbəsinin rəisi bu yaxınlarda Türkiyədə olub: "Bu yaxınlarda yenidən ezamiyyətdə olacaq. Bu istiqamətdə işlər qarşılıqlı şəkildə davam etdirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00