Fransada hicablı müsəlman qadın küçənin ortasında qətlə yetrildi - Başından 5 güllə vuruldu
25 Sentyabr 2016 09:50 DünyaFransada hicablı müsəlman qadın küçənin ortasında qətlə yetrildi- Başından 5 güllə vuruldu
Fransanın paytaxtı Parisin şimal-şərqindəki müsəlmanların sıx olaraq yaşadığı şəhərətrafı Pantin qəsəbəsində hicablı bir qadının silahlı hücum nəticəsində həyatını itirib.
Avropa.info xəbər verir ki, "Le Parisien" qəzetinin polis mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, dünən naməlum bir adam Candale küçəsindən keçən hicablı müsəlman bir qadını öldürüb.
Xəbərdə motosiklet istifadə edən təcavüzkarın 30 yaşlarında olduğu, qadını başından 5 güllə vuraraq öldürdüyü bildirilir.Hadisənin İslamofobik bir təcavüz olmasından şübhələr mövcuddur. Hücumla bağlı prokurorluqda istintaq başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00